ABŞ 20 mayda nüvə başlığı daşıya bilən Minuteman III qitələrarası ballistik raketinin (QBR) sınaq buraxılışını həyata keçirəcək.
Ucnoqta.az bildirir ki, bu barədə Kaliforniyanın Vandenberq Kosmik Qüvvələr Bazası məlumat verib.
Döyüş başlığı olmayan QBR-nin buraxılışı yerli vaxtla saat 00:01-dən 06:01-dək bazanın şimal hissəsindən planlaşdırılıb.Məlumata gğrə, sınağın adi olduğu, bir neçə il əvvəl planlaşdırıldığı və mövcud qlobal hadisələrə cavab olmadığı vurğulanıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatına görə, sınaq buraxılış proqramının məqsədi raket sisteminin effektivliyini, hazırlığını və dəqiqliyini təsdiqləməkdir.