Ucnoqta.az
www.ucnoqta.az

Bakıdan Gürcüstana bu tarixdə sərnişin qatarı yola düşəcək

17:38 - 18 May 2026 tarixində dərc olunub.

Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.

Ucnoqta.az Oxu.az-a istinadən, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.

Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.

Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryol daşımaları 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası