Ucnoqta.az
www.ucnoqta.az

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

16:52 - 18 May 2026 tarixində dərc olunub.

Rayonlarda pensiyaların ödəniləcəyi tarix məlum olub.

Ucnoqta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 20-də respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xatrıladaq ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda may ayı üzrə pensiyalar ayın 14-dəhəyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası