Ucnoqta.az
www.ucnoqta.az

Sadır Japarov Azərbaycana gəlib

19:52 - 17 May 2026 tarixində dərc olunub.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası