Ermənistanın Baş naziri Nikol Paşinyan, "Güclü Ermənistan" partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyana qarşı şikayətində, Çindən təxminən bir ton halüsinogen göbələk idxal etdiyini və çıxışlarından əvvəl istifadə etdiyini iddia etdiyi ifadələrə görə 6 milyon dram (təxminən 16.200 dollar) pul təzminatı tələb edir.
Ucnoqta.az xəbər verir ki, bu Datalex məhkəmə qərarlarının veb saytında dərc olunub.
Sənəddə həmçinin Karapetyanın "YouTube kanalında ən azı 200.000 abunəçisi olan ən azı üç media orqanında canlı video yazısı ilə" ifadələrini təkzib etməsi tələb olunur.