Ucnoqta.az
www.ucnoqta.az

Şuşada üç bina söküləcək - QƏRAR VERİLDİ

19:58 - 14 May 2026 tarixində dərc olunub.

Nazirlər Kabineti Şuşa şəhərindəki üç qeyri-yaşayış binası ilə bağlı qərar verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Sökülməsi mümkün olan obyektlərin Siyahısı"na Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası əlavə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası