Ucnoqta.az
www.ucnoqta.az

Trampın təyyarəsi Pekinə endi

16:11 - 13 May 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp və onun nümayəndə heyəti xüsusi təyyarə ilə Pekin Beynəlxalq Hava Limanına gəlib.

Ucnoqta.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

ABŞ lideri Çinə dövlət səfəri zamanı Prezident Si Cinpinlə danışıqlar aparacaq. Məsləhətləşmələr zamanı iki liderin ikitərəfli ticarət və iqtisadi mübahisələrin həllinə üstünlük verməsi gözlənilir. Əsas qlobal məsələlərin də müzakirə olunacağı gözlənilir.

Reuters-in məlumatına görə, Trampı Amerikanın SpaceX şirkətinin təsisçisi Elon Mask və Çinin Nvidia şirkətinin baş direktoru Jensen Huang müşayiət edir.

Müəllif: Ucnoqta.az redaksiyası