Gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri, Azov və Qara dənizlər üzərində 286 Ukrayna PUA-sını ələ keçirib və məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, ötən gecə, hava hücumundan müdafiə siqnalizasiya sistemləri Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Tambov, Yaroslavl, Oryol, Tula, Kaluqa, Ryazan və Həştərxan vilayətləri, Krasnodar diyarı, Kalmıkiya və Krım, eləcə də Azov və Qara dənizlər üzərində 286 Ukrayna PUA-sını ələ keçirib və məhv edib.