Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə maşın saxlamaq qadağan ediləcək - VİDEO

10:22 - 12 May 2026 tarixində dərc olunub.

Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə "AzParking MMC”nin məlumatında bildirilib.

Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.

Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.

Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Müəllif: Ucnoqta.az redaksiyası