2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd olunub ki, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.