Ucnoqta.az
www.ucnoqta.az

Bu ölkədə məktəblər distant təhsilə keçir

23:23 - 4 May 2026 tarixində dərc olunub.

BƏƏ-dəki bütün məktəblər 5-8 may tarixlərində distant təhsilə keçəcək.

Ucnoqta.az bildirir ki, Təhsil Nazirliyi bu barədə məlumat verib.

Məlumata görə, qərar "təhlükəsizlik səbəbi ilə" verilib və "ölkə daxilində uşaq bağçalarına, eləcə də dövlət və özəl məktəblərə" şamil edilir. Vəziyyətə 8 mayda yenidən baxılacaq və tədbirlərin uzadılması istisna edilmir.

Müəllif: Ucnoqta.az redaksiyası