Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiq edilib:
Kollegiyanın sədri
- maliyyə naziri
Kollegiyanın üzvləri
- maliyyə nazirinin I müavini
- maliyyə nazirinin müavinləri
- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
- Maliyyə Nazirliyi Aparatının rəhbəri
- Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri
- Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
- Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru
- Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
- Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.