Ucnoqta.az
www.ucnoqta.az

ABŞ UNO barədə kütləvi məlumatları yayımlayacaq - Tramp

00:00 - 30 Aprel 2026 tarixində dərc olunub.

ABŞ administrasiyası tezliklə naməlum uçan obyektlər (UNO) haqqında çox maraqlı məlumatlar da daxil olmaqla kütləvi məlumatları yayımlamaq niyyətindədir.

Ucnoqta.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Düşünürəm ki, yaxın gələcəkdə bacardığımız qədər çox məlumatı yayımlayacağıq", - deyə o, Ağ Evdə jurnalistlərə ABŞ hökumətinin UFO arxivlərini yayımlayıb-açıqlamayacağı ilə bağlı sualı cavablandırarkən bildirib. "Əlimizdə olanların çoxunu yayımlayacağıq. Düşünürəm ki, bəziləri insanlar üçün çox maraqlı olacaq", - deyə Tramp qeyd edib.

O, həmçinin yaxın keçmişdə UNO mövzusunu, o cümlədən bu cür hadisələri müşahidə edən Amerika hərbi pilotları ilə müzakirə etdiyini də aydınlaşdırıb. ABŞ prezidentinin sözlərinə görə, onlar "inanılmaz şeylər gördüklərini" deyiblər. "Beləliklə, bu barədə oxuyacaqsınız", - deyə Ağ Ev rəhbəri əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası