Ucnoqta.az
www.ucnoqta.az

NATO illik sammitlərdən imtina etmək niyyətindədir

20:34 - 27 Aprel 2026 tarixində dərc olunub.

ABŞ və Avropa ölkələri arasında artan gərginlik fonunda NATO illik sammitlərdən imtina etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə Brüssel və Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, NATO son zamanlar illik sammitlər keçirmək təcrübəsinə son qoymaq imkanlarını araşdırır.

Bu addım ABŞ prezidenti Donald Trampla 2027-ci ildə potensial gərgin görüşlərdən qaçınmaq məqsədi daşıyır.

Müəllif: Ucnoqta.az redaksiyası