Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda sürət həddi endirildi

16:58 - 27 Aprel 2026 tarixində dərc olunub.

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Müəllif: Ucnoqta.az redaksiyası