Ucnoqta.az
www.ucnoqta.az

May ayında 14 gün qeyri-iş günü olacaq

11:30 - 27 Aprel 2026 tarixində dərc olunub.

2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq.

Ucnoqta.az xəbər verir ki, may ayının 9-u tarixinin (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Ardıcıl 3 gün - 9, 10 və 11 may tarixləri istirahət günləri olacaq.

Həmçinin, Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May) üst-üstə düşdüyündən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may bayram günləri, 30 və 31 may (həftəsonu) da istirahət günləri olacaq.

Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası