Ucnoqta.az
www.ucnoqta.az

Somali sahillərində yük gəmisi qaçırılıb

08:28 - 27 Aprel 2026 tarixində dərc olunub.

Yük gəmisi Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə qaçırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat verib.

Bildirilib ki, UKMTO Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb.

Naməlum şəxslərin yük gəmisini qaçırdığı və Somali ərazi sularına doğru getdiyi deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası