Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə qaz kəsiləcək

08:58 - 20 Aprel 2026 tarixində dərc olunub.

Bu gün paytaxtın Qaradağ və Sabunçu rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan verilən məlumata görə, təmir işləri ilə əlaqədar 20.04.2026-cı il saat 10:00-dan etibarən Sahil qəsəbəsinin, eləcə də Zabrat-1 qəsəbəsinin Neftçilər və Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası