Ucnoqta.az
www.ucnoqta.az

İran Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa edib

12:40 - 18 Aprel 2026 tarixində dərc olunub.

İran Silahlı Qüvvələri ABŞ-ın blokadasından sonra Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü məlumat verib.

Mehr xəbər agentliyinin dərc etdiyi açıqlamaya görə, Hörmüz boğazı üzərində nəzarət əvvəlki vəziyyətinə qayıdıb; bu strateji əhəmiyyətli boğaz silahlı qüvvələrin ciddi nəzarəti altındadır.

Qərargah vurğulayıb ki, ABŞ İran gəmilərinin keçidinə mane olmağı dayandırana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalacaq.

Müəllif: Ucnoqta.az redaksiyası