Ucnoqta.az
www.ucnoqta.az

132 milyon barel neft daşıyan gəmilər Fars körfəzində ilişib qalıb - CNN

20:13 - 17 Aprel 2026 tarixində dərc olunub.

Hörmüz boğazındakı vəziyyətə görə təxminən 20.000 dənizçi və təxminən 132 milyon barel neft də daxil olmaqla 2.000 gəmi Fars körfəzində ilişib qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tehran İran, ABŞ və İsrail arasında atəşkəs müddəti ərzində boğazın yenidən açıldığını açıqlayıb. Kanal qeyd edir ki, bu, hakimiyyət orqanlarına gələn həftə atəşkəs müddəti bitənə qədər dənizçiləri və gəmiləri xilas etmək üçün bir həftədən az vaxt verir.

Fevral ayının sonundan bəri boğazdan keçmək çətinləşib, çünki ABŞ-İsrail İranı bombalayıb və bu da regionda münaqişəni daha da gərginləşdirib.

Müəllif: Ucnoqta.az redaksiyası