İran ABŞ ilə heç bir müvəqqəti atəşkəs razılaşmasını qəbul etmir, çünki bu, hərbi əməliyyatların yenidən başlamasına səbəb olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatik Forumunun kənarında jurnalistlərə bildirib.
Xətibzadə əlavə edib ki, vasitəçilər vasitəsilə davam edən təmaslar məhz bu məqsədlə - daimi həll yolu tapmaq üçün həyata keçirilir.
"İrana qarşı bu təcavüzü başlatmaqla amerikalılar və israillilər bütün regionu, İranı və iqtisadiyyatı boğmaq qərarına gəldilər. Qlobal iqtisadiyyat bunun bədəlini ödəyir. Bu, onların qərarı idi. Bu, səbəbsiz təcavüz, səbəbsiz müharibə və Amerikanın seçdiyi müharibə idi. Onlar bunu niyə başlatdıqları sualına cavab verməli olacaqlar", - deyə rəsmi qeyd edib.