Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəkləyir - Hikmət Hacıyev

13:56 - 17 Aprel 2026 tarixində dərc olunub.

Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəklədiyini Antalya Diplomatik Forumunda da brir daha nümayiş etdirir.

"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev Azərbaycanın öz siyasətində regional mənsubluğu tam şəkildə dəstəklədiyini vurğulayıb: "Regionun problemləri region ölkələri tərəfindən həll edilməlidir. Azərbaycan Prezident İlham Əliyevin şəxsində regional liderlik, regional təşəbbüslülük, regional məsuliyyət, həmçinin regioanl əməkdaşlıq və interqrasiya prinsiplərini əyani şəkildə nümayiş etdirərək Cənubi Qafqazda və onun hüdudlarından kənarda yeni geosiaysi status-kvonun formalaşmasını təmin edib. Bunun başlıca vəsiləsi kimi Ermənistan-Azərbaycan münaqişəsinin məhz hərbi-siyasi yollarla həll edilməsi, dünyada münaqişənin həll ediləməsinin çox unikal bir modelinin ortaya qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrtinin icra edilməsidir".

O, münaqişənin həll edilməsi ilə bağlı uzun illəır region xaricində olan təsisat və qüvvələr tərəfindən modellər hazırlandığını, onların hamısının fəaliyyətinin uğursuz olduğunu xatırladıb:

"Minsk qrrupunun fəaliyyətini burada qeyd edə bilərdik. Prezident İlham Əliyevin regional mənsubluq və liderlik siyasəti Cənubi Qafqazda yeni reallığı təmin etmiş oldu. Bu xüsusda Ermənistan tərəfi də regionda yaranmış sülh gündəliyinin faydalarını görür və əhəmiyyətini dərk edir.

Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycan resuslarının dünya bazarına çıxarılması ilə yanaşı, regionumuzda yeni əməkdaşlıq formatını və platformasını yaradıb. Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasını inkişaf etdrilməsi regionda yeni imkanlar vəd edir".

Müəllif: Ucnoqta.az redaksiyası