Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Hövsan marşrutu üzrə dəmir yolunun təmiri bu tarixədək bitəcək

13:06 - 17 Aprel 2026 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Hövsan marşrutu üzrə layihələndirmə və qatarların alışı işlərinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, qeyd olunan istiqamət üzrə mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri və qatarların alınması planlaşdırılır.

Azər Fərəcov onun da qeyd edib ki, dövlət proqramında sözü gedən işlərin 2030-cü ilə kimi bitirilməsi planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası