Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukraynaya 320-dən çox dronla hücum edib

09:39 - 15 Aprel 2026 tarixində dərc olunub.

15 aprel gecəsi Rusiya Ordusu Ukraynaya üç İskəndər-M ballistik raketi, eləcə də 324 "Şahed", "Gerbera" və "Italmas" hücum PUA-ları ilə hücum edib.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumu təyyarələr, zenit-raket qüvvələri, elektron müharibə bölmələri, pilotsuz sistemlər və mobil atəş qrupları tərəfindən dəf edilib.

Doqquz yerdə ballistik raket zərbələri və 13 hücum PUA-sı, həmçinin 10 yerdə vurulmuş PUA-ların (dağıntıların) qəzaya uğraması qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası