Xəbər verildiyi kimi, Bakıda Həsən Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçəsində kəsişməsində dairə ləğv edilib, avtomobil tunelinin inşası həyata keçirilir. Mətbuatda yayılan məlumata görə, ərazidə iki aydır iş dayandırılıb.
Bununla bağlı Ucnoqta.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, təmir işlərinin dayanması hava şəraiti ilə bağlıdır.
"Son günlər havanın yağıntılı keçməsi təmir işlərində fasiləyə səbəb olub. Əlverişli hava şəraiti olan kimi təmir işləri davam etdiriləcək".