Ucnoqta.az
www.ucnoqta.az

Brent neftin qiyməti 9%-dən çox artıb

09:33 - 13 Aprel 2026 tarixində dərc olunub.

Londonun ICE birjasında 2026-cı ilin iyun ayı üçün Brent markalı xam neft fyuçerslərinin qiyməti 9%-dən çox artıb.

Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Brent markalı xam neftin qiyməti 9,11% artaraq barrel üçün 103,87 dollara çatıb. 

Bu arada, 2026-cı ilin may ayı üçün WTI markalı xam neftin fyuçersləri 8,57% artaraq barrel üçün 104,85 dollara çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası