Ucnoqta.az
www.ucnoqta.az

Tarif müharibələrində qalib yoxdur - Çin XİN

12:42 - 9 Aprel 2026 tarixində dərc olunub.

Tarif müharibələrində qalib yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq 9 apreldə keçirilən brifinqdə ABŞ prezidenti Donald Trampın İrana silah tədarük edən ölkələrə qarşı tariflər elan etməsini şərh edərkən bildirib.

"Çinin mövqeyi çox aydındır: tarif müharibələrində qalib yoxdur", - deyə diplomat bildirib.

Qeyd edək ki, prezident Donald Tramp TruthSocial sosial media platformasında 8 apreldən etibarən İrana silah tədarük edən bütün ölkələr istisnasız olaraq mallarına 50% ABŞ tarifləri ilə üzləşəcəyi ilə bağlı yazmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası