Ucnoqta.az
www.ucnoqta.az

Marketlərdən oğurluq edən şəxs saxlanılıb

17:35 - 8 Aprel 2026 tarixində dərc olunub.

Sabunçu rayonunda talama cinayəti baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində mağazaların birinin qapısının qıfılını qıraraq 3500 manat oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 28 yaşlı R.Zöhrablı polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun  Yasamal rayonu ərazisində yerləşən mağazalardan da oğurluq etdiyi müəyyən edilib. 

Araşdırma aparılır

Müəllif: Ucnoqta.az redaksiyası