Ucnoqta.az
www.ucnoqta.az

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb

12:15 - 8 Aprel 2026 tarixində dərc olunub.

Xəzər rayonunda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası