Ucnoqta.az
www.ucnoqta.az

İranda hava limanı vuruldu

11:54 - 7 Aprel 2026 tarixində dərc olunub.

İranın qərbindəki Lorestan əyalətindəki Xorrəmabad beynəlxalq hava limanı ABŞ və İsrail hava hücumlarına məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, Mehr agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb..

Qeyd olunub ki, bir neçə dəqiqə əvvəl Xorrəmabad hava limanı Amerika-sionist düşmənlərinin hava hücumlarına məruz qalıb.

Tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası