Ucnoqta.az
www.ucnoqta.az

Bu ölkə gizli şəkildə xüsusi təyinatlı qüvvələrini Yaxın Şərqə göndərib

07:08 - 3 Aprel 2026 tarixində dərc olunub.

Avstraliya İranla bağlı münaqişənin gərginləşməsi qorxusu ilə Yaxın Şərqə elit SAS xüsusi təyinatlı qüvvələri bölməsi göndərib.

Ucnoqta.az xəbər verir ki, The Daily Telegraph bu barədə məlumat verərək, yerləşdirmənin ictimaiyyətə açıqlamadan həyata keçirildiyini qeyd edib.

Qəzet mənbələrə istinadən bildirir ki, bölmənin Birləşmiş Ərəb Əmirliklərindəki Əl Minhad Hava Bazasında yerləşdiyi ehtimal edilir.

The Daily Telegraph qeyd edir ki, yerləşdirilən qüvvələr döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulmayıb və onların əsas missiyası təhlükəsizliyi təmin etmək və diplomatik missiya heyəti də daxil olmaqla, təxliyə əməliyyatları aparmaqdır.

Müəllif: Ucnoqta.az redaksiyası