Ucnoqta.az
www.ucnoqta.az

Fransa səmasını İsrailə gedən təyyarələr üçün bağladı - Tramp

15:55 - 31 Mart 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Fransa hökumətini İsrailə gedən hərbi yük daşıyan təyyarələrə hava məkanı verməkdən imtina etdiyinə görə sərt tənqid edib.

Ucnoqta.az xəbər verir ki, o, Truth Social-da yazıb.

Trampın sözlərinə görə, Fransa ABŞ-ın İrana qarşı əməliyyatında ona kömək etməyib. "Fransa hərbi yük daşıyan təyyarələrin öz ərazisi üzərindən İsrailə uçmasına icazə vermədi. ABŞ bunu xatırlayacaq!" o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası