İsrail Knesseti (parlament) terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bildirib.
Qanun layihəsi həlledici üçüncü oxunuşda 120 yerlik Knessetin 62 üzvünün dəstəyini qazanıb.
Baş nazir Benyamin Netanyahu da buna səs verib. Parlamentin qırx səkkiz üzvü tədbirin əleyhinə səs verib.
Müxalifət qanunu utancverici, əxlaqsız və fundamental demokratik dəyərlərə və beynəlxalq hüquqa zidd adlandırıb və onun qəbulundan İsrail Ali Məhkəməsinə şikayət etmək niyyətində olduğunu açıqlayıb.
Dövlət televiziyası Kan-ın məlumatına görə, plan hökmü asmaqla icra etməkdir.