Ucnoqta.az
www.ucnoqta.az

Aİ Ukrayna üçün 1,5 milyard avroluq hərbi investisiya proqramı qəbul edib

13:51 - 30 Mart 2026 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) Ukrayna üçün 1,5 milyard avroluq hərbi investisiya proqramı qəbul edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası Avropa Hərbi-Sənaye Proqramının (EMIP) bir hissəsi olaraq Ukrayna üçün 1,5 milyard avroluq hərbi investisiya proqramı qəbul edib.

Bu paket bərpa, modernləşdirmə və dövlət və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş 50 milyard avroluq genişmiqyaslı Ukrayna Təsisatı proqramının bir hissəsidir.

Paketə səkkiz investisiya proqramı daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası