Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə yük avtomobili aşıb, ölənlər var

21:35 - 28 Mart 2026 tarixində dərc olunub.

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "HOWO" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası