Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda güclü yağışlar səbəbindən çayların səviyyəsi yenidən qalxıb

18:51 - 28 Mart 2026 tarixində dərc olunub.

Güclü yağışlar səbəbindən Ermənistanın Sünik və Tavuş bölgələrində çayların səviyyəsi qalxıb.

Ucnoqta.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 112 təcili yardım mərkəzinə bu bölgələrdən zənglər daxil olub. Xilasetmə Xidmətinin bölmələri və ictimai kommunal xidmət işçiləri cəlb olunub. Suyun səviyyəsinin yüksəlməsi nəticəsində xəsarət alan və ya ziyan dəyməyib.

Eyni zamanda, Sünik bölgəsindəki yollarda qaya uçqunları qeydə alınıb və bəzi ərazilərdə birtərəfli və qismən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Xilasedicilər dəymiş ziyanı tez bir zamanda aradan qaldırıb və nəqliyyatın hərəkəti bərpa olunub.

Müəllif: Ucnoqta.az redaksiyası