Ucnoqta.az
www.ucnoqta.az

İran qisas tədbirlərini davam etdirəcək

14:03 - 19 Mart 2026 tarixində dərc olunub.

İran hələ ABŞ və İsrailin ölkənin enerji infrastrukturuna hücumlarına qarşı qisas zərbələrini başa çatdırmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib.

"Düşmənə xəbərdarlıq edirik ki, siz İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə ciddi səhvə yol vermisiniz və cavab tədbirləri artıq başlayıb və hələ başa çatmayıb" - sözçü deyib.

İran Silahlı Qüvvələri həmçinin xəbərdarlıq edib ki, bu cür zərbələr təkrarlanarsa, cavab hazırkı hücumlardan daha sərt olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası