Ucnoqta.az
www.ucnoqta.az

"Yanbu" neft ixracı limanına hava hücum edilib

10:12 - 19 Mart 2026 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına havadan hücum edilib.

Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, nəticələr minimal olub.

Qeyd olunur ki, Yanbu hazırda Səudiyyə Ərəbistanının yeganə neft ixrac məntəqəsidir.

Hücumun dəqiq nədən törədildiyi hələlik məlum deyil. Saudi Aramco hələlik hücumla bağlı şərh verməyib.

Dünən gecə İran dövlət televiziyası Yanbu neft emalı zavoduna raket zərbəsi endirildiyini iddia edib.

Müəllif: Ucnoqta.az redaksiyası