İsrail İranın ən böyük qaz emalı zavoduna zərbə endirib
Ucnoqta.az xəbər verir ki, İsrail Televiziyasının 12-ci Kanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı son hücum dalğasında İslam Respublikasının ən böyük qaz emalı zavoduna hücum edib.
Məlumata görə, bu müəssisə İranın qaz istehsalının təxminən 40%-ni təşkil edir.
Bir İsrail rəsmisi kanala bildirib ki, hücum ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilib və ABŞ bu addıma razılıq verib.
Kanalın mənbəyinə görə, zavodun yalnız bir hissəsinə zərbə endirilib və bu, Tehrana siqnal olaraq edilib. O, iddia edir ki, bu cür hücumlar gələcəkdə daha da güclənə bilər.