Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

14:38 - 18 Mart 2026 tarixində dərc olunub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 18 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Ucnoqta.az-a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası