Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı iki saat ərzində altı dron vurub

05:24 - 18 Mart 2026 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri son iki saat ərzində İranın ballistik raketini və daha altı dronunu ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, vurulan raketin qalıqları Şahzadə Sultan Hava Bazasının yaxınlığında düşüb. Hərbi obyektə heç bir maddi ziyan dəyməyib. Nazirlik əlavə edib ki, ələ keçirilən bütün dronlar ölkənin şərq hissəsi üzərindəki səmada məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası