Ucnoqta.az
www.ucnoqta.az

İİKK ABŞ bazalarında qırıcı təyyarələrin yerləşdiyi anqarları vurub

00:00 - 17 Mart 2026 tarixində dərc olunub.

İran silahlı qüvvələri ABŞ-ın BƏƏ-dəki Əd-Dəfra Hava Bazasında və Bəhreyndə Şeyx İsa Hava Bazasında Amerika qırıcı təyyarələrinin yerləşdiyi anqarlara zərbələr endirərək onları məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi) mətbuat xidməti məlumat verib.

Tasnim agentliyinin yaydığı açıqlamada bildirilir ki, bir neçə saat əvvəl İİKK Hərbi Dəniz Qüvvələri birləşmiş raket və pilotsuz təyyarə əməliyyatı zamanı yüksək partlayıcı qanadlı raketlərdən istifadə edərək Şeyx İsa və Əd-Dəfra hava bazalarında Amerika qırıcı təyyarələrinin yerləşdiyi bir neçə anqarı məhv edib.

İİKK Yaxın Şərqdəki Amerika hərbi bazalarına qarşı zərbələri regiondan tamamilə çıxarılana qədər davam etdirəcəyini vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası