Ucnoqta.az
www.ucnoqta.az

İranı idarə edənlər Türkiyəyə qarşı təxribatlarını davam etdirərlərsə, ...

15:46 - 13 Mart 2026 tarixində dərc olunub.

Hər dəfə Türkiyəyə dron və raket at, sonra da yalandan söylə ki, “mən atmamışam, İranın düşmənlərinin işidir”.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Politoloq vurğulayır ki, qardaş dövlət hələ ki, səbr nümayiş etdirir, İrana eyni tərzdə cavab vermir:
"unun iki səbəbi var. Birincisi, Türkiyə İrana cavab zərbəsiylə İsrail və ABŞ-la eyni ittifaqda yer aldığı görüntüsü vermək istəmir.
İkincisi, Türkiyə və İran arasında yüzillərdir savaş olmayıb. Ankara bu ənənəni pozmaq istəmir. Ancaq əgər hazırda İranı idarə edənlər Türkiyəyə qarşı təxribatlarını davam etdirərlərsə, Ankara qərar vermək məcburiyyətində qalacaq".

Müəllif: Ucnoqta.az redaksiyası