Siyəzəndə 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Ucnoqta.az xəbər verir ki, Yenikənd kənd sakini 1999-cu il təvəllüdlü Esmira Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.