ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika F-15E qırıcı təyyarəsinin İranda qəzaya uğraması ilə bağlı xəbərləri təkzib edib.
Ucnoqta.az xəbər verir ki, CENTCOM X-də məlumat yayıb. Bildirilib ki, çərşənbə günü səhər tezdən İranda Amerika F-15E qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı sosial mediada yayılan şayiələr əsassız və həqiqətə uyğun deyil.
Mehr xəbər agentliyi daha əvvəl İran hava hücumundan müdafiə sistemlərinin Tehranın şimalındakı Əlborz dağ silsiləsi yaxınlığında F-15 qırıcı təyyarəsini vurduğunu bildirmişdi.