“BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib.
Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək.
Avtobuslar 77 və 81 nəfərlik sərnişin tutumuna malikdir.
Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini “Koroğlu” NMM ilə əlaqələndirəcək.