Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə 64 yaşlı kişini "tok" vurub öldürdü

09:41 - 5 Mart 2026 tarixində dərc olunub.

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Məcidov Ramis Növzət oğlu yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun içərisində olan elektrik naqillərinə toxunması səbəbindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası