Ucnoqta.az
www.ucnoqta.az

İran Netanyahunun ofisinə zərbə endirib

00:01 - 5 Mart 2026 tarixində dərc olunub.

İran artıq İsrail Baş Qərargah binasına üç dəfə atəş açıb və bir dəfə İsrail Baş naziri Benyamin Netanyahunun ofislərindən birinə hücum edib.

Ucnoqta.az xəbər verir  ki, bu iddia ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Həmidrza Müqəddəmfər çıxış edib.

Qətərin Əl-Cəzirə televiziya kanalının məlumatına görə, İran rəsmisi bildirib ki, son bir neçə gündə İran İsrail Baş Qərargah binasına üç dəfə zərbə endirilib.
"Biz həmçinin Netanyahunun ofislərindən birinə hücum edərək onun ofisinin bir neçə yüksək vəzifəli üzvünü öldürdük", - o, qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası