Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İranın neft kəmərini vurdu - Əhvazda gərginlik

14:13 - 2 Mart 2026 tarixində dərc olunub.

İran mediasının yaydığı son məlumata görə, ölkənin strateji əhəmiyyətli Əhvaz şəhərində yerləşən neft boru kəməri ABŞ-ın hava zərbəsinə məruz qalıb.

Ucnoqta.Az xəbər verir ki, ilkin məlumatlara əsasən, hücum nəticəsində boru kəmərinin bir hissəsi sıradan çıxıb. Hadisə yerindən yayılan görüntülərdə ərazidə güclü yanğın və tüstü müşahidə olunur.

Hücumdan dərhal sonra əraziyə yanğınsöndürmə briqadaları və hərbi bölmələr cəlb edilib.

Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Rəsmi qurumlar tərəfindən dəymiş ziyanın həcmi və mümkün itkilərlə bağlı hələlik açıqlama verilməyib.

Nərgiz Vəlizadə

Müəllif: Ucnoqta.az redaksiyası