Ucnoqta.az
www.ucnoqta.az

İrana hücumları davam etdirmək üçün kifayət qədər sursatımız var - Tramp

05:42 - 2 Mart 2026 tarixində dərc olunub.

ABŞ-nin İsraillə İrana birgə hücumları davam etdirmək üçün kifayət qədər sursatı var.

Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu The New York Times qəzetinə verdiyi müsahibədə bildirib.

"Dörd və ya beş həftə nəzərdə tutmuşuq. Çətin olmayacaq. Çoxlu sayda sursatımız var. Bilirsiniz, ehtiyatlarımız dünyanın müxtəlif ölkələrində paylanıb", - deyə Tramp əməliyyatın hazırkı intensivliyini qorumaq üçün lazım olan resurslarla bağlı suala cavab verərkən bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası